Qapaq yuvarlandı, qazanını tapdı!

Qapaq yuvarlandı, qazanını tapdı!

26 Mart 2012 22:28
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən şişman insanı olmaq istəyən amerikalı Suzanna Eman internetdə tanış olduğu bir aşpaz ilə nişanlandı. 33 yaşlı xanım 35 yaşlı nişanlısı Parker Klark ilə aralarındakı ilişkinin mükəmməl olduğunu söyləyib: "Sanki cənnətdəyəm. Mən yeməyi, o isə bişirməyi sevir. Hədəfimə çatmaq üçün mənə kömək edir". İki uşaq anası Suzanna hazırda 305 kq-dır. O, 605 kq ağırlıqda olmaq üçün bu yolda inamla irəliləyir. Arizonanın Kasa-Qrande bölgəsində yaşayan cütlük yaxında evlənməyi planlaşdırırlar.

Günel Həbib