Tokionun “Şibuya” stansiyasının yaxınlığında toplanan 100 mindən çox insan ilin son saniyələrini birlikdə sayıb

Tokionun “Şibuya” stansiyasının yaxınlığında toplanan 100 mindən çox insan ilin son saniyələrini birlikdə sayıb

1 Yanvar 2020 11:15
Bəyəndim (2) Bəyənmədim (0)

Tokionun mərkəzində yerləşən “Şibuya” stansiyasının yaxınlığındakı yol kəsişməsində toplanan kütlə ilin son saniyələrini birlikdə sayıb.

Oxumeni.az təşkilatçılara istinadla xəbər verir ki, həmin ərazidə toplanan insanların sayı 100 mindən çox olub.

Həmin gecə polis bu yol kəsişməsində avtomobillərin hərəkətini dayandırıb. Təhlükəsizlik məqsədilə küçələrdə spirtli içkilərin satışı və qəbulu da qadağan edilib.

Gecə yarısına yaxın yol kəsişməsi ilin son saniyələrini buradakı nəhəng monitorda əks olunan rəqəmlərə uyğun olaraq saymaq üçün toplaşan insanlarla dolub. 2019-ci ili yola salanlar burada foto və video çəkdirərək əyləniblər.

2020-ci il yol kəsişməsində toplaşanların güclü qışqırtıları və alqış sədaları ilə Yaponiya paytaxtına qədəm qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az