Panda nəcisindən hazırlanan çay bazara çıxarılır

Panda nəcisindən hazırlanan çay bazara çıxarılır

26 Mart 2012 22:11
Bəyəndim (0) Bəyənmədim (0)
Dargözlülərin yeni "hoqqası"

Çinin Şinxuan bölgəsində yaşayan An Yanşi panda nəcisi ilə gübrələnən çayı bazara çıxartmaq üçün günləri sayır. İş adamı An Yanşi təbii parklardakı panda nəcisi ilə gübrələnən və bu yolla tamamilə təbii istehsal olunan çayı istifadəçilərin ixtiyarına verməyə hazırlaşır. Yanşi bir fincanı təxminən 250 manata satılacaq olan çayın sağlıqlı olması üçün məhz panda nəcisi ilə gübrələndiyini vurğulayıb. O, pandaların yalnız bambu ağacının yarpaqlarını yediyini, onların nəcisinin 70 %-nin bu təbii ağacdan ibarət olduğunu da söyləyib: "Pandalar təbii gübrələmə maşınları kimi işləyirlər. Mən dünyaya onların bu xüsusiyyətini göstərərək, nəyə qadir olduqlarını çatdırmaq istədim".

Günel Həbib