Obama 11 milyon dollara malikanə aldı

Obama 11 milyon dollara malikanə aldı

10 Dekabr 2019 11:04
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın sabiq prezidenti Barak Obama yeni malikanə alıb.

Oxumeni.az xarici KİV-ə istinadən xəbər verir ki, Massaçusets ştatında yerləşən malikanənin qiyməti 11 milyon dollardır.

Obamanın yeni malikanəsi Atlantik okeanı sahillərindəki Martas-Vinyard adasında yerləşir və sahəsi 650 kvadratmetrə yaxındır.

Qeyd olunur ki, sözügedən malikanə əvvəllər “Boston Seltiks” basketbol komandasının sahibi Uayklif Qrausbekə məxsus olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az