Bu uşaqlar görünüşlərilə heyran edir - Fotolar

Bu uşaqlar görünüşlərilə heyran edir - Fotolar

9 Dekabr 2019 15:39
Bəyəndim (1) Bəyənmədim (0)

Bütün uşaqlar öz məsumluğuyla adamı özünə çəkir, lakin bəziləri sanki xüsusi qələmlə "çəkilib", bəziləri isə orqanizmlərindəki fərqliliklərilə seçilirlər. Onlara baxdıqda insan heyran olmaya bilmir.

Oxumeni.az oxucularını qeyri-adi uşaqlarla tanış etmək istəyir.

Lara və Mara Bavar

Bu uşaqlar görünüşlərilə HEYRAN EDİR - FOTOLAR

Bu albinos əkizlər Braziliyada anadan olub. Onların tamam əksi olan bacıları da var.

Əkizlər brend markalar üçün çəkilişlərdə iştirak edirlər.

Megan və Morgan Boyd

Bu uşaqlar görünüşlərilə HEYRAN EDİR - FOTOLAR

Bu əkizlər isə ABŞ-dandır. Səma rəngli gözləri olan qaradərili bacılar 4 yaşında olsalar da, indidən gözəlliklərilə hər kəsi heyran edirlər.

Morqanın heteroxromiyası var: onun bir gözü qismən qəhveyidir.

Lola Çuil

Bu uşaqlar görünüşlərilə HEYRAN EDİR - FOTOLAR

Los Ancelesdən olan qeyri-adi qızın incə üz cizgiləri, toppuş dodaqları və misilsiz badamı gözləri var.

Lola yuxarı siniflərdə fotolarını sosial şəbəkələrdə yaydıqdan sonra məşhurlaşıb.

Ayra Braun

Bu uşaqlar görünüşlərilə HEYRAN EDİR - FOTOLAR

ABŞ-dan olan bu qız gəlinciyə bənzədiyindən ölkəsində ən məşhur modellərdən hesab olunur.

Nastya Knyazeva

Bu uşaqlar görünüşlərilə HEYRAN EDİR - FOTOLAR

Əsl rus gözəlidir. O, 2017-ci ildə dünyanın ən gözəl qız uşağı adına layiq görüldükdən sonra məşhurlaşıb.

Nastya brend geyim markaları və model agentlikləri ilə əməkdaşlıq edir.

Ava Klark

Bu uşaqlar görünüşlərilə HEYRAN EDİR - FOTOLAR

Bu uşaqlar görünüşlərilə HEYRAN EDİR - FOTOLAR

Başa düşdüyünüz kimi, bu qız əslində qaradərili olmalıydı, lakin genlərində yaranan "nasazlıq" onun dərisini və saçlarını melanindən tamamilə "məhrum edib".

Albinizm və gözəl üz cizgiləri bu qızı ulduza çevirib.

Muin Baçonaev

Bu uşaqlar görünüşlərilə HEYRAN EDİR - FOTOLAR

Bu uşaqlar görünüşlərilə HEYRAN EDİR - FOTOLAR

Dünyanın ən uzun kirpiklərinə sahib olan Tacikistan əsilli bu uşaq Moskvada yaşayır. Qeyri-adi gözəlliyi olmasa da, 4,5 sm uzunluğunda kiprikləri onu dünyaya tanıtdırıb.

Muinin də genlərində "problem" yaranıb: kipriklərin uzanmasına "baxan" gen onda fərqli "işləyir". Lakin bunun uşağın sağlamlığına heç bir mənfi təsiri yoxdur.

Tessa Evans

Bu uşaqlar görünüşlərilə HEYRAN EDİR - FOTOLAR

Bu uşaqlar görünüşlərilə HEYRAN EDİR - FOTOLAR

Sonda isə ən qeyri adi, bəlkə də kosmik görünüşə malik olan qız haqqında danışmaq istəyirik.

Tessa burunsuz dünyaya gəlib. O, qoxu hiss etmir, lakin soyuqladıqda, hamı kimi, asqırır.

Həkimlər bu anomaliyanı artıq USM müayinəsi zamanı görüb və hamiləliyi dayandırmağı təklif ediblər, lakin Tessanın anası imtina edib və hələ də qızının sağlamlığı uğrunda mübarizə aparır.

Burunun olmaması Tessanı digər uşaqlardan fərqləndirən yeganə qüsurdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az