Başqasının cinayətinə görə 11 il edam gözləyən məhkum azadlığa buraxılıb

Başqasının cinayətinə görə 11 il edam gözləyən məhkum azadlığa buraxılıb

9 Dekabr 2019 13:00
772
Bəyəndim (2) Bəyənmədim (0)

Çində başqasının törətdiyi cinayətə görə 11 il həbsdə yatan kişi azadlığa buraxılıb.

Bu barədə “AsiaOne” xəbər verib.

2008-ci ildə 51 yaşlı Li Tszyanon qonşusu 75 yaşlı Tsao Tszyuyini öldürməkdə təqsirli bilənərək, edam hökmünə məhkum edilib. Həmin vaxtdan etibarən o, həbsxanada idi.

Tszyuyin 2007-ci ilin sonlarında ölüb. Onun cəsədi pensiya yaşına qədər işlədiyi sement fabrikində xəndəkdə tapılmışdı. Qadının ağzı yapışqanlı lent ilə bağlı idi, başında isə küt alətlə vurulmanın izi qalmışdı.

Polis onun qonşuluqda olan tanışı tərəfindən öldürülə biləcəyi qənaətinə gəlmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin motivini və cinayət silahını tapmayıblar, həmçinin, qətlin törədildiyi yeri aşkarlaya bilməyiblər, bununla belə, kişi təqsirli bilinib.

10 il sonra Tszyanonqun ailəsi işə yenidən baxılmasına nail olub. Bu vaxt məhkəmə qərara gəlib ki, onun təqsirli elan olunması üçün kifayət qədər dəlil olmayıb. Bundan sonra hökm ləğv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az