Bolqarıstanda 3D avtomobil tablosu yaradıblar

Bolqarıstanda 3D avtomobil tablosu yaradıblar

6 Dekabr 2019 10:26
Bəyəndim (1) Bəyənmədim (0)

Sofiyada “Visteon Bolqarıstan” şirkəti tərəfindən keçirilən avtomobil avadanlıqları sərgisində dünyada ilk 3D rəqəmsal avtomobil tablosu təqdim olunub.

Oxumeni.az xəbər verir ki, tablo “Peugeot 208” modellərində tətbiq olunacaq.

Sərgidə iştirak edən Bolqarıstanın Baş Naziri Boyko Borisov qeyd edib ki, ölkədə avtomobil sektoru surətlə inkişaf edir, Plovdiv, Dimitrovqrad və Ruse şəhərlərində avtomobil hissələrinin istehsalı zavodları açılıb. O bildirib ki, ölkədə mühəndislərin sayını artırmaq, bizneslə universitetlər arasında əməkdaşlığı gücləndirmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az