Mozambikdə fil ovuna görə 11 brakonyer 176 il həbs cəzasına məhkum edilib

Mozambikdə fil ovuna görə 11 brakonyer 176 il həbs cəzasına məhkum edilib

5 Dekabr 2019 16:34
Bəyəndim (3) Bəyənmədim (0)

Mozambik məhkəməsi Horonqos milli parkında qanunsuz fil ovladıqlarına görə 11 nəfəri 176 il həbs cəzasına məhkum edib.

Oxumeni.az Cənubi Afrikanın SABC radiostansiyasına istinadla xəbər verir ki, hakim Martino Çeqere bu hökmün dövlətin brokonyerləri ən sərt şəkildə cəzalandırmaq qətiyyətinə dair siqnal olduğunu bildirib.

Mozambikdə 16 il davam edən vətəndaş müharibəsi (1976-1992) zamanı brakonyerlər heç bir məhdudiyyət olmadan fəaliyyət göstərirdi. Bu dövr ərzində Horonqos milli parkında yaşayan fillərin 90 faizi məhv edilmişdi. Fil dişlərinin satışından əldə edilən gəlirin bir hissəsi hökumət qüvvələrinə qarşı döyüşən üsyançıların dəstəklənməsinə sərf olunurdu.

Horonqos milli parkı 1920-ci ildə Mozambikdə hakim olan Portuqaliya administrasiyası tərəfindən təşkil olunub. Hazırda ölkənin mərkəzində yerləşən 4 min kvadratkilometrlik parkda 100 mindən çox iri heyvan yaşayır. Onların arasında 560 fil, 580 su ayğırı, 44 zebr, mindən çox camış və 2 min timsah var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az