Bu kənddə ölmək qadağan olunub!

Bu kənddə ölmək qadağan olunub!

14 Mart 2012 16:07
Bəyəndim (0) Bəyənmədim (0)
Kəndlilər bu qərardan xeyli məmnundurlar...

İtaliyada kiçik bir kəndin muxtarı kəndin qəbiristanlığı olmadığı üçün vətəndaşlara ölməyi yasaqladı.

3700 nəfərlik əhalisi olan Falciano del Massico kəndində ölmək təxminən bir aydır ki, qadağan olunub. Muxtar Giuliyo Kesare Fava kəndin qəbiristanlığı olmadığı və yaxın kəndlə aralarında anlaşılmazlıq yaşadıqları üçün zarafatyana da olsa sakinlərə xəbərdarlıq edib. Muxtar Fava kəndlilərin bu qadağadan xeyli məmnun qaldıqlarını da dilə gətirdi: "Bu əmr sakinləri xoşbəxt etdi. Ancaq iki yaşlı kəndli təəssüf ki, bu yasağa ayaq uydura bilmədi".

Günel Həbib