Rusiyalılar qitələrarası raketin kometa olduğunu düşündülər + Video

Rusiyalılar qitələrarası raketin kometa olduğunu düşündülər + Video

29 Noyabr 2019 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Strateji təyinatlı raket qoşunları Həştərxanın Kapustin Yar poliqonundan qitələrarası raket atəşi həyata keçiriblər.

Bu barədə TASS Müdafiə nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, sınaq uğurlu keçib: “Topol” raketi Qazaxıstan ərazisində yerləşən Sarı-Şaqan poliqonunda hədəfi məhv edib.

Bu zaman rusiyalılar raketi yer səthinə yaxınlaşan kometa kimi qəbul ediblər.

Kurqan, Tolyatti, Orenburq, İjevsk və digər şəhərlərin sakinləri sosial şəbəkələrdə video görüntülər paylaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)