Vəsiqə üçün gəldilər, öz fotoları əvəzinə döyülən qadın şəkli gördülər - Video

Vəsiqə üçün gəldilər, öz fotoları əvəzinə döyülən qadın şəkli gördülər - Video

26 Noyabr 2019 12:00
Bəyəndim (1) Bəyənmədim (0)

"ASAN xidmət" Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə #zorakiligaqarsibirlikde - sosial aksiyasını təşkil edib.

Oxumeni.az-a daxil olan məlumata görə, “ASAN xidmət”də şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə müraciət edən vətəndaşlara öz fotoları əvəzinə şiddətə məruz qalmış qadın fotosu göstərilib.

Yaradılmış qadın obrazı şərti olub və izlər vizual effektlər ilə əlavə edilib.

Vətəndaşlar əvvəlcə fotonu, daha sonra isə onlar üçün olan mesajı görüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)