Dargözlülər ən uzun ömürlülər elan edildilər

Dargözlülər ən uzun ömürlülər elan edildilər

12 Mart 2012 21:27
Bəyəndim (0) Bəyənmədim (0)
Bəs həyatdan nakam gedənlər kimlərdir?

İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının 2011-2012-ci il hesabatında göstərilir: 1960-cı ildə bir insan ömrü ortalama 68.9 il idisə, bu rəqəm hazırda 79.5 ilə qədər yüksəlib. Hesabata görə, ən uzun ömürlülər yaponlardır. Bu ölkədə bir insanın ortalama ömrü 83 ildir. Dargözlüləri 81.4 il ilə İsveçrə, 81.8 rəqəmi ilə İspaniya təqib edir. Ortalama ömrü 80 yaşın üzərində olan digər ölkələrin siyahısına əsasən Avropa ölkələri daxil edilib. O ki qaldı Azərbaycana, Odlar Yurdunun adı siyahıya ümumiyyətlə daxil edilməyib. Bax, buna təəssüflənməyə dəyər...

Onu da xatırladaq ki, ortalama yaş həddinə görə dünyada ən qısa ömürlülər Afrika ərazisində yaşayanlardır.

Günel Həbib