Vücudu 105, özü isə 14 yaşındadır

Vücudu 105, özü isə 14 yaşındadır

12 Mart 2012 00:01
Bəyəndim (0) Bəyənmədim (0)
Onun taleyini dünyada yalnız 89 nəfər yaşayır

"Erkən yaşlanma xəstəliyi" diaqnozu qoyulan Hayley Okines 14-cü yaş günündə avtobioqrafiyasını yayımladı. Ad günündə işıq üzü görən kitabında vücudu 105, özü isə 14 yaşında olan qəhrəmanımız özü ilə eyni taleyə məhkum olmuş uşaqlara məsləhətlər verir, bu xəstəliklə necə mücadələ etməyin yollarını göstərir, onlara həyatda yaşamaq eşqi, stimul olmaq üçün bəzi çıxış yolları göstərir. Kitabının bəzi səhifələrinin yazılmasında anasından kömək istəyən Hayleyin vücudu öz yaşından 7 qat daha yaşlıdır və bu da dərisinin kağız kimi nazik olmasına, sümüklərinin tez qırılmasına yol açıb. "Anam mənim 8 milyonda 1 olduğumu deyir. Çünki bu durumda olan çox az adam var", - deyən Hayley hazırda əsalarla gəzir. Çünki sümüklərinin incəliyi ona rahat gəzməyə imkan vermir. Ailəsi isə müasir tibbin geniş imkanlarına inanaraq, qızlarının bu xəstəliklə baş edəcəyinə, həkimlərin isə onlara yardımcı ola biləcəyinə inanırlar.

Xatırladaq ki, Hayley 32 ölkədə yaşayan - bu xəstəliyin qurbanına çevrilən 89 nəfərdən biridir. "Erkən qocalma xəstəliyi"nə düçar olanlar ortalama 13 yaşında ikən infarkt və ya iflicdən dünyalarını dəyişirlər.

Günel Həbib