Mars planetinə eniş aparatı sınaqdan keçirilib

Mars planetinə eniş aparatı sınaqdan keçirilib

14 Noyabr 16:43
218
Bəyəndim (1) Bəyənmədim (0)

Çin Milli Kosmik İdarəsinin (CNSA) mütəxəssisləri Pekinin şimalında Mars planetinə enmək üçün nəzərdə tutulan aparatın uğurlu sınağını keçirib.

Oxumeni.az xarici KİV-lərə istinadla xəbər verir ki, sınaqlar Hebey əyalətinin Huaylay şəhəri rayonunda yerləşən xüsusi meydançada rəsmi şəxslər və jurnalistlərin iştirakı ilə aparılıb. Xüsusi qurğunun köməyi ilə 70 metr hündürlükdən atılan aparat Qırmızı planetin cazibə qüvvəsinə uyğun sürətlə enmə simulyasiyasını həyata keçirib.

Çin 2020-ci ildə Marsa ilk avtomatik aparat yollamağı, 10 ildən sonra isə planetin səthindən süxur nümunələri əldə etməyi planlaşdırır. Mütəxəssislərin fikrincə, 2050-ci ilədək Qırmızı planetə pilotlu uçuş həyata keçirmək mümkün olacaq.

Çinli alimlərin sözlərinə görə, Marsın öyrənilməsi Yerin gələcəkdəki şəklinin necə olacağını proqnozlaşdırmağa imkan verəcək. Həmçinin Qırmızı planetdə suyun aşkarlanması uzun vədəli perspektivdə Günəş sistemində bizim planetə bənzəyən yeganə göy cisminin məskunlaşmasını mümkün edəcək.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)