Gürcüstanda QİÇS-ə yoluxma halları artıb

Gürcüstanda QİÇS-ə yoluxma halları artıb

13 Noyabr 2019 14:22
Bəyəndim (1) Bəyənmədim (0)

Gürcüstanda QİÇS-ə yoluxma halları artıb. Təkcə bu il bu xəstəliyə yoluxma ilə bağlı 570 yeni hal qeydə alınıb.

Oxumeni.az xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya Patologiyası, QİÇS və Kliniki İmmunologiya üzrə Elmi-Praktik Mərkəzinin məlumatında bildirilir.

Məlumatda deyilir ki, cari ilin noyabrın 10-dək ölkədə bu infeksion xəstəliyə yoluxanların ümumi sayı 8004 nəfər təşkil edib. Onların da 43-ü uşaqdır.

QİÇS-ə yoluxanların 6006-sı kişi, 1998-si isə qadındır. Onların da böyük əksəriyyətini 29-39 yaş qrupuna daxil olan şəxslər təşkil edir.

Bildirilir ki, QİÇS 4184 xəstədə inkişaf edib, 1619 nəfər isə dünyasını dəyişib.

HİV infeksiyasına yoluxma ən çox Tbilisidə qeydə alınıb - 2956 fakt. Onlardan 87-si xarici ölkə vətəndaşıdır.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı 1989-cu ildə qeydə alınıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)