"iPad"in son heyranları

"iPad"in son heyranları

4 Aprel 2011 09:40
Bəyəndim (0) Bəyənmədim (0)
Qorillalarla maraqlı təcrübə


İngiltərənin "Port Lympne Park"ında qorillaların zəkası ilə əlaqədar bir təcrübə keçirilib. Belə ki, mütəxəssislər qorillaların yanına "iPad" yerləşdiriblər. Nəticə maraqlı olub...

Əvvəlcə cihazı nəzərdən keçirən heyvanlar onun üzərindəki şəkilləri yaxşıca araşdırdılar. Daha sonra isə düymələrinə basmağa başladılar."iPad"i son dərəcə "nəzakətli" bir şəkildə qoruyan qorillalar cihazı bir-birlərinin əlindən almağa da çalışdılar. Araşdırmanı icra edən qrup başçısı Fil Ridqes, "Qorillaların zəkasını araşdırmaq üçün yaxınlarına bir "iPad" qoyduq. Biz qorillaların "iPad"i qayalara atıb parçalayacaqlarını sanmışdıq, ancaq bir körpə kimi onu qorudular. Üzərindəki şəkilləri araşdırıb, düymələrinə basmağı öyrəndilər", - dedi.

O.M.