Brejnevin sürücülük vəsiqəsi 1 milyona hərraca çıxarılacaq

Brejnevin sürücülük vəsiqəsi 1 milyona hərraca çıxarılacaq

7 Noyabr 2019 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevin sürücülük vəsiqəsi hərraca çıxarılacaq.
Oxumeni.az xəbər verir ki, bu barədə “Litfond” auksion evinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hərrac 14 noyabr tarixində Moskvada keçiriləcək. Bildirilir ki, sürücülük vəsiqəsinin ilkin qiyməti 1 350 000 – 1 500 000 milyon rubl (təqribən 36,180 - 40,200 AZN) arası olacaq. “AAK-ın 000077” nömrəli sürücülük vəsiqəsinə sahib olan şəxs bütün kateqoriyalı nəqliyyat vasitələrini idarə edə biləcək.
Qeyd edək ki, sürücülük vəsiqəsi L.Brejnivə 1976-cı ildə 70 illik yubileyi günü SSRİ Daxili İşlər naziri Nikolay Anisimoviç Şyolokov tərəfindən zarafatyana hədiyyə edilib.
Sözügedən sənəd 1991-ci ildə Moskvanın meri olmuş Qabriel Popov tərəfindən L.Brejnevin qaldığı bağ evində tapılıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)