Bu ölkədə diri-diri tabuta girirlər - Səbəbi

Bu ölkədə diri-diri tabuta girirlər - Səbəbi

7 Noyabr 2019 09:15
Bəyəndim (2) Bəyənmədim (0)

Cənubi Koreyada həyatın mənasını dərk etmək istəyənlər üçün qeyri-adi terapiya metodu tapılıb.

Oxumeni.az xarici KİV-ə istinadən xəbər verir ki, müxtəlif yaş qrupundan olan insanların maraq göstərdiyi yeni terapiyaya əsasən hər kəs canlı olaraq kəfən geyinir və tabuta girərək 10 dəqiqə müddətində orada qalır. 7 il əvvəl başladılan kampaniyada indiyədək 25 min nəfər iştirak edib və bu üsulun həyatın qiymətini bilmək üçün ən effektiv vasitə olduğu bildirilir. Seanslara qoşulanlar tabutdan çıxdıqdan sonra həyata fərqli gözlə baxdıqlarını və ölümü dərk etdiklərini, bu səbəbdən dünyadan yaxşı biri olaraq köçmək lazım gəldiyini başa düşdüklərini deyiblər.

Qeyd edək ki, tabuta girənlər yanlarında vəsiyyətlərini və dəfn mərasimində görmək istədikləri fotolarını da saxlayırlar.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)