Kraliça bundan sonra təbii xəz geyinməyəcək

Kraliça bundan sonra təbii xəz geyinməyəcək

6 Noyabr 12:30
168
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya kraliçası II Yelizaveta bu ildən etibarən təbii xəzdən imtina edib.

Oxumeni.az xəbər verir ki, bu haqda “Daily Mail” kraliçanın modelyeri Ancela Kellinin memuarına istinadən xəbər yayıb. Kelli “Medalın digər üzü: kraliça, modelyer və paltar şkafı” kitabında II Yelizavetanın 2019-cu ildən etibarən tədbirlərə süni xəz geyimlərdə gedəcəyini qeyd edib. Məlumat Bukinqem sarayında da təsdiqlənib.

Qeyd edək ki, kraliça bir müddət əvvəl təbii xəzdən istifadə etdiyi üçün ekofəallar tərəfindən tənqid edilmişdi.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)