Araz Ağalarov yeni biznesə başladı

Araz Ağalarov yeni biznesə başladı

4 Noyabr 2019 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov balıq biznesinə başlayıb.

Oxumeni.az Rusiya KİV-nə istinadən xəbər verir ki, iş adamının “Krokus” şirkəti “Lotofish” adlı balıqçılıq şirkəti təsis edib. Müəssisənin əsas fəaliyyəti sənaye üsulu ilə şirin su hövzələrində balıq yetişdirmək olacaq. Şirkətin səhmlərinin 90%-i “Crocus Group”a, 10%-i isə “Lotofish”in baş direktoru Valeryan Çikovaniyə məxsusdur.

Şirkət Moskva vilayətinin Lotoşinsk rayonunda qeydiyyatdan keçib və onun haqqında məlumatlar Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinə oktyabrın 31-də daxil olunub.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)