Həftə bu görüntülərlə yadda qaldı - Fotolar

Həftə bu görüntülərlə yadda qaldı - Fotolar

2 Noyabr 2019 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın şəhərlərində ilk qar, Tailandda ən böyük burqer, Hellouin...

Oxumeni.az həftə ərzində (28 oktyabr – 1 noyabr) dünya ölkələrində lentə alınan fotoları təqdim edir:

Çilinin Santyaqo şəhərində hökümət əleyhinə aksiya zamanı gözyaşardıcı qaz və su şırnağından gizlənən nümayişçi.

Banqkok restoranlarının birində qadın əlində Tailandda ən böyük burqeri (çəkisi 6 kiloqram çoxdur) tutub.

Sankt-Peterburqda qarla örtülmüş parkda qaçan kişi.

Yaponiyada “Shin Yokohama Prince Hotel” hotelində nömrələrdə təmizlik işləri.

Hindistanın Dehli şəhərinin qədim kvartalında dumanlı gün.

Şri-Lankanın Kolombo şəhərində çıxış edən meymun.

İraqın Bağdad şəhərində piyadalar və tuk-tuk sürücüləri hökümətə qarşı yönələn etiraz aksiyasında iştirak edirlər.

Ukraynanın Kiyev şəhərində zooparkda Hellouin vaxtı balqabaq yeyən yenotlar.

Avstriyanın Vyana şəhərində köhnə qəbiristanlıqda marallar.

Ukraynanın Kiyev şəhərində Hellouin münasibətilə təşkil olunmuş “zombi gəzintisi”nin balaca iştirakçısı.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)