Yaponiyalı kamikadze tərəfindən batırılan ilk Amerika hərbi gəmisi aşkarlanıb

Yaponiyalı kamikadze tərəfindən batırılan ilk Amerika hərbi gəmisi aşkarlanıb

30 Oktyabr 22:39
58
Bəyəndim (0) Bəyənmədim (0)

“Microsoft” kompaniyasının banilərindən biri mərhum Pol Allen tərəfindən təşkil edilən tədqiqatçılar qrupu Filippin dənizinin dibində 1944-cü ildə yaponiyalı kamikadze tərəfindən 143 insanla birgə batırılan ABŞ-a məxsus ilk təyyarədaşıyan gəmini tapıb.

Oxumeni.az Yaponiyanın NHK teleradio kompaniyasına istinadla xəbər verir ki, pilotsuz sualtı aparat vasitəsi ilə 4736 metr dərinlikdə aşkarlanan gəminin görüntüsünü çəkmək mümkün olub.

“St. Lo” adlı aviasiya gəmisi II Dünya müharibəsi zamanı kamikadzenin ilk həmləsi nəticəsində məhv edilmişdi. Yaponiya təyyarəsinin göyərtəyə çırpılması nəticəsində sursat arsenalı partlamış və gəmi batmışdı. İlk əməliyyat uğurla nəticələndiyi üçün Yaponiya komandanlığı kamikadze pilotlar tərəfindən hücumların artırılması barədə göstəriş vermişdi. Bu hücumlar 4 mindən çox amerikalı hərbçinin məhvinə səbəb olmuşdu.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)