Ən varlı insanlar bu ölkədə yaşayır

Ən varlı insanlar bu ölkədə yaşayır

23 Oktyabr 11:20
42
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrə sakinləri ortalama hesabla dünyada ən varlı insanlar olaraq qalır. Oxumeni.az-ın məlumatına görə, bu barədə “Credit Suisse” bankının hazırladığı “Global Wealth Report” dünya rifahı haqda illik hesabatında bildirilib.

Belə ki, 2019-cu ilin ortalarında İsveçrədə adambaşına düşən rifahın səviyyəsi ötən ilin analoji zaman kəsiyi ilə müqayisədə 17,8 min dollar artıb və 564,7 min dollar təşkil edib.

Araşdırma, eləcə də, onu göstərib ki, ölkə əhalisinin 3/2 hissəsinin 100 min dollardan çox aktivi olan insanlar, 12 faizini isə dollar milyonerləri təşkil edir.

Rifah reytinqində ikinci yeri ABŞ (+11,9 min dollar), üçüncü yeri Yaponiya (+9,2 min dollar) və Niderland (+9,16 min dollar) tutublar.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)