Rubik kubunu yığmağı bacaran robot əl yaradıldı - VİDEO

Rubik kubunu yığmağı bacaran robot əl yaradıldı - VİDEO

21 Oktyabr 16:52
46
Bəyəndim (0) Bəyənmədim (0)

Qurucuları arasında Elon Maskın da olduğu "OpenAl" adlı süni intellekt araşdırma qrupu ən önəmli layihələrindən birinə imza atıb.

Oxumeni.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaçılar robot əl hazırlayıblar. Onlar robot ələ rubik kubunu yığmağı tapşırıblar, lakin robota kubu necə yığacağını öncədən öyrətməyiblər. Bununla belə süni intellektlə çaləşan robot əl rubik kubunu yığmağı bacarıb.

Araşdırmaçılar robot əlin işini çətinləşdirmək üçün ələ əlcək taxmaq, barmaqlara lent sarmaq kimi üsulları sınaqdan keçiriblər. Lakin bütün fiziki maneələrə baxmayaraq robot bütün hallarda kubu düzgün yığmağı bacarıb. Araşdırmanı aparan heyət bildirib ki, bu çalışma bir insanla eyni səviyyədə bacarıqlara sahib olan robotların yaradılmasında əjəmiyyətli rol oynayacaq.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)