Misirdə içində mumyalar olan 30 ədəd tabut tapıldı – 100 ilin ən böyük tapıntısı (Video)

Misirdə içində mumyalar olan 30 ədəd tabut tapıldı – 100 ilin ən böyük tapıntısı (Video)

20 Oktyabr 2019 22:50
Bəyəndim (0) Bəyənmədim (0)

Misirdə 30 ədəd qədim tabut tapılıb.

Oxumeni.az xəbər verir ki, bu barədə Misir Tarixi Abidələr İdarəsi təşkil etdiyi mətbuat konfransında məlumat verib.

Tapıntı son 100 ilin ən böyük tapıntısı hesab olunur.

Misirin Luksor şəhərində ortaya çıxan qədim məbəddə 30 ədəd içində mumyalanmış cəsəd olan tabut tapılıb. Mumyaların 23-ü kişi, 5-i qadın, 2-si isə uşaqdır.

Tabutların hamısı yaxşı vəziyyətdə olduğu, rəng, oyma və üzərindəki rəsmlərin tamamilə qorunub saxlanıldığı bildirilir.

Tarixi araşdırma heyətinin rəhbəri Mustafa Vəzirinin bildirdiyinə görə mumyalar e.ə X əsrə, yaxud 3000 min il öncəyə, 22-ci Firon dövrünə aiddir.

Mumyaların talanlar vaxtı rahiblər tərəfindən gizlədildiyi ehtimal edilir.

Oxumeni.az