Bakıda uşaq qidasından qurd çıxdı - Video

Bakıda uşaq qidasından qurd çıxdı - Video

14 Oktyabr 11:33
38

Bakıda uşaq qidasının içindən qurd çıxıb. Bu barədə məlumatı şikayətçi Asəf Abbasov verib.

O bildirib ki, 9 oktyabr tarixində Biləcəridə yerləşən “Şəfa” aptekindən uşaq yeməyi olan “Nutrilak” alıb. Bir neçə dəfə uşağa həmin qidadan verildikdən sonra, qutunun içərisində qurd olduğu müəyyən olunub. Ata hətta, bu səbəbdən övladının dərisinin səpdiyini də iddia edib:

“Məhsulun istifadə müddəti də bitməyib. Aptekə müraciət etmişəm, dedilər ki, onlarlıq deyil. Mən də Səhiyyə Nazirliyinə müraciət edirəm ki, apteklərdə satılan bu kimi məhsulların mənşəyini araşdırsın”.

Oxumeni.az