Almaz daşının daxilində hərəkət edən kiçik almaz – Rusiyada unikal tapıntı – VİDEO

Almaz daşının daxilində hərəkət edən kiçik almaz – Rusiyada unikal tapıntı – VİDEO

5 Oktyabr 2019 22:35
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Yakutiya bölgəsində unikal təbii tapıntı qeydə alınıb.

Oxumeni.az Rusiya KİV-lərinə istinadən məlumat verir ki, torpaqdan təbii daşların tapıntısı və istehsalı ilə məşğul olan “Alrosa” şirkətinin əməkdaşları almaz daşının içində ikinci almaz daşının yerləşdiyini və tədricən hərəkət etdiyini müşahidə ediblər.

Mütəxəssislər bildirir ki, belə bir “almaz matryoşka” dünya mədən tarixində ilk tapıntı hesab olunur. Daş 0,62 karat ağırlığında, daxili büllurun çəkisi isə 0,02 karat olaraq qiymətləndirilir.

Oxumeni.az