İnanmayacaqsınız!!!

İnanmayacaqsınız!!!

21 Aprel 2011 17:29
Bəyəndim (0) Bəyənmədim (0)
Dünyanın ən maraqlı icadları Cenevrədə sərgilənib

Cenevrədə keçirilən 39-cu Dünya İcadlar Sərgisi bir-birindən fərqli ixtiralarla tamaşaçılarda maraq oyandırıb.

Sərgidə 45 ölkədən minə yaxın icad nümayiş etdirilib.

İtaliyalı ixtiraçının kenqurulardan ilham alaraq yaratdığı arxalıq yolda dayanıb dincəlmək istəyincə söykənəcək yer tapa bilməyənlərə dincəlmək imkanı verir.

Tayvanlı ixtiraçının montajlana bilən bir çox daban alternativi ilə bir ayaqqabıdan müxtəlif modellər yaratma üsulu isə xüsusilə qadınların diqqətini çəkir.

Velosiped sürücüləri dönmək istədikləri zaman siqnal verən ağıllı pencək, əyilmədən torpaqda çalışma zövqü verən, uşaqlar üçün də oyun məkanı rolunu oynayan çoxmərtəbəli bağça, sürüşməyən plastik qazan qapaqları, səyyar ayaqyolu da ilin fərqli icadları sırasında yer alır.


İcad etmək üçün baş lazımdır, onu qiymətləndirmək üçün ürək. Sərgi təşkil etmək üçünsə

külli miqdarda pul lazımdır.


Elvin Babayev


O.M.