Kondisionerli və çox yüngül tabutlar

Kondisionerli və çox yüngül tabutlar

4 Aprel 2011 09:10
868
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyədən qəribə xəbər

Türkiyədə qəribə bir hadisə baş verib. Kayserili Əhməd və Yəhya Akdağ qardaşları cənazə xidmət məhsullarını və vasitələrini "Əkinçilik və Heyvandarlıq Sərgisi"ndə nümayiş etdiriblər. Məhz onlar tərəfindən ərsəyə gətirilmiş kondisionerli tabutların 1750 (təxminən 875 manat), alüminiumdan düzəldilmiş yüngül tabutların isə 850 TL-dən (425 manat) satıldığı söylənilir.Yəhya Akdağ xəstəxanada, kənd və qəsəbələrdə tapılmayan kondisionerli tabutların 220 volt elektriklə işlədiyini bildirdi. Bu cür tabutların no-frost özəlliyi olduğu kimi, cənazəni ən çox 3 gün mühafizə edə bildiyi də öyrənildi. Yəhya, " Son bir neçə ildir ki, xüsusilə kiçik qəsəbə və kəndlərdə bu tip məhsullarımız çox satılır", - deyə açıqlama verdi.

O.M