Narkotik onun beyninin-başının yarısını "yedi"

Narkotik onun beyninin-başının yarısını "yedi"

22 Fevral 2012 15:05
Bəyəndim (0) Bəyənmədim (0)
Gənclər, onun məsləhətinə qulaq asın!

Amerikada yaşayan Karlos Rodrigez narkotik maddə qəbul etdikdən sonra sükan arxasına oturdu. Ancaq yola çıxdıqdan qısa müddət sonra o, idarəetməni itirib, başqa bir maşınla toqquşdu. Qəzada başının və beyninin bir hissəsi demək olar ki, "yox" olan Rodrigez hazırda gənclərə internet vasitəsilə xəbərdarlıq edir: "Əgər narkotiklə yaxın olsanız, aqibətiniz mənim kimi olacaq".

Xatırladaq ki, qorxunc qəzadan sonra xəstəxanaya çatdırılan və ciddi müalicə alan qəhrəmanımız əslində o günə qədər narkotikin bütün növlərindən geninə-boluna istifadə edirdi. Lakin nə yazıq ki, məhz bu yolla o, "ağ ölümdən" qurtula bildi.

Günel Həbib