Sən demə, Cırtdan Nepalda yaşayır

Sən demə, Cırtdan Nepalda yaşayır

22 Fevral 2012 10:28
Bəyəndim (0) Bəyənmədim (0)
56 sm boyu olan 72 yaşlı Cırtdanın 8 arvaddan 49 uşağı var

Nepalda yaşayan 72 yaşlı Çandra Bahadur Danqi iddia edir ki, planetin ən balacaboy adamı odur. Belə ki, onun boyu 56 santimetrdir. Ağsaqqal cırtdan paytaxt Katmandudan 540 km cənub-qərbdə yaşayır. Çobanlıqla məşğuldur. O, tezliklə "Ginnesin Rekordlar Kitabı"ndan gələcək nümayəndə heyətini gözləyir.

Maraqlıdır ki, 72 yaşlı Çandra Bahadur Danqinin 8 arvaddan 49 uşağı var. 28 yaşı olan sonuncu həyat yoldaşının boyu isə 1 metr 76 santimetrdir. Arvadı və uşaqları çox vaxt Danqini çiyinlərində daşıyır.

Necə deyərlər, bapbalaca boyu var, dam dolusu toyu var...

Aqil Hüseynov

O.M.