Rusiyada zooparkda meymunlar pəncərələri silirlər

Rusiyada zooparkda meymunlar pəncərələri silirlər

8 Fevral 2012 16:03
Bəyəndim (0) Bəyənmədim (0)
"Meymunlar təmizlik işlərini insanlar qədər səliqəli həyata keçirmədikləri üçün əməkdaşlar işdən azad olunmayacaqlar"

Rusiyanın Udmurtiya zooparkında qəribə bir hadisə baş verib. Təsadüfən süpürgəni meymunların qəfəsində qoyan əməkdaş onların yeri süpürməyə başladıqlarının şahidi olub. Bu halda zoopark müdiriyyəti təcrübə aparmaq qərarına gəlib. İnterfax-ın məlumatına görə, heyvanlara əski və süpürgə verilib. Meymunlar gözlənilmədən döşəməni və pəncərələri silməyə başlayıblar. Zooparkın müdiri A.Malışeva bildirib ki, meymunlar təmizlik işlərini insanlar qədər səliqəli həyata keçirmədikləri üçün əməkdaşlar işdən azad olunmayacaqlar.

İnsanlar soy-kökünə qayıdır...

Aqil Hüseynov

O.M.