Sevgilisini itirməmək üçün 50 kq arıqladı

Sevgilisini itirməmək üçün 50 kq arıqladı

21 Aprel 2011 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə tekirdağlı Onur Akgün, "18-ci yaş günümdə sevgilim mənim köklüyümdən şikayətləndi. Onun bu sözlərinə çox hirsləndim. Amma yaxşı ki, elə hirslənmişəm...", - deyə söylədi və bunları əlavə etdi: "5 ay bundan əvvəl 130 kq ağırlıqda idim. Ancaq iradəli bir şəkildə pəhriz saxlayıb, 5 ayda 50 kq arıqladım. Əslində, pəhriz saxlamaq elə də çətin bir iş deyil. Sadəcə, idmanı gündəlik hala gətirmək, xəmir və şirniyyatın miqdarını azaltmaq lazımdır. Nəticə isə budur!"

Sevgi möcüzələr yaradır. Əziz qadınlar, daim sevib-sevilmək üçün sevdiyiniz insanın fikirlərinə hörmətlə yanaşın.

Günel Həbib

O.M.