Fahişələrə verdiyi pulları ona Niderland hökuməti ödəyəcək

Fahişələrə verdiyi pulları ona Niderland hökuməti ödəyəcək

4 Fevral 2012 15:21
Bəyəndim (0) Bəyənmədim (0)
Avropada dövlət qulluqçusuna göstərilən qayğı

Niderlandlı təqaüdçü Klaas Bryun 7 ildir hökumətlə məhkəmə çəkişməsindədir. O, illərdir fahişələrə ödədiyi və bundan sonra ödəyəcəyi pulları hökumətdən almaq üçün vəsatət qaldırmışdı. Təbii ki, hökumət iddiaçının təzminat barədə ərizəsi ilə razı deyildi. Mignews.ru-nun məlumatına görə, sonda təqaüdçü haqlı olduğunu sübuta yetirərək istəyinə nail oldu. Məhkəmənin hökmü ilə qərara alındı ki, Niderland hökuməti Klaas Bryunun illərdir fahişələrə ödədiyi və bundan sonra ödəyəcəyi pulları dövlət büdcəsindən təmin edəcək. Təqaüdçünün xeyrinə çıxarılmış qərarda həkimlərin müstəsna xidməti olub. Belə ki, terapevt onun cinsi əlaqədən sonra az miqdarda dərman qəbul etdiyi barədə arayış verdi. Psixiatr qadınlarla münasibətin və ünsiyyətin xəstənin psixoloji vəziyyətinə müsbət təsir etdiyi haqda yazılı sənəd verdi. Klaas Bryun təqaüdə çıxmazdan əvvəl dövlət qulluqçusu olduğu üçün Niderland qanunlarına görə, onun bütün səhiyyə xərclərini hökumət ödəməlidir.

Məlumatda o da bildirilir ki, təqaüdçü məhkəməni udduqdan sonra əksər fahişələr onunla görüşməkdən imtina ediblər. Belə ki, bu zaman qocaya yazılı hesab-faktura verməlidirlər. Bu isə avtomatik surətdə fahişələrin vergi ödənişlərini artırmış olur.

Bizdə bu cür qərarlar qəbul olunsa, büdcədə vəsait çatmaz...

Aqil Hüseynov

O.M.