Amerikanın yerli əhalisinin ulu babaları Altay türkləridir

Amerikanın yerli əhalisinin ulu babaları Altay türkləridir

2 Fevral 2012 04:32
Bəyəndim (0) Bəyənmədim (0)
iTAR-TASS: "Hinduların türk mənşəli olduğu elmi cəhətdən təsdiqini tapdı"

Amerikalı hinduların ulu vətəni Altay diyarıdır. Bu fikrə uzun illər araşdırma aparan ABŞ-ın Pensilvaniya universitetinin alimləri gəliblər. ИТАР-ТАСС-ın universitet rəhbərliyinə istinadən yaydığı məlumata görə, tədqiqatçılar qərarlarında qətidirlər. Onların fikrincə, təxminən 14 min il əvvəl şimalı Altayın Oyrot, Qıjı, Teleut, Telengit, Şors adlı türk tayfaları və cənubi Altayın Kumandin, Çelkan, Tubalar, Hakas adlı türk tayfaları Mərkəzi və Şərqi Sibiri keçərək, qışda donan Berinq boğazını adlamaqla Alyaskaya gəliblər. Oradan da yüz illər ərzində daha isti və zəngin Şimali Amerika torpaqlarına yayılıblar.

100 il əvvəl yaranmış bu fərziyə Pensilvaniya universitetinin aparıcı eksperti Teodor Şarrın rəhbərliyi ilə keçirilmiş tədqiqatlarda sübuta yetirildi. Belə ki, genetiklər Altay tayfalarının və Amerika hindularının genlərinin eyni olduğunu müəyyən ediblər. 14 min il ərzində genlərdə cüzi fərqlər yaranıb ki, bu da yaşayış şəraitinin müxtəlifliyi ilə izah olunur. Hinduların türk mənşəli olduğu artıq heç kimdə şübhə doğurmur. Lakin onları böyük köçə vadar edən səbəblər hələ ki alimlərə məlum deyil. Ehtimal olunur ki, Uzaq Şərqin və Sibirin tayfaları yaxınlıqda insan yaşamayan zəngin torpaqların olduğunu bilirdilər.

Artıq dünya elmi Amerikanın aborigenləri sayılan hinduların Altaydan köçdüklərini sübut edib. Bizə isə onu demək qalır ki, Şimalı Altayın Oyrot, Qıjı, Teleut, Telengit adlı tayfaları Qıpçaq-Qırğız türk qrupuna aiddir. Hətta 1917-ci ilə qədər onlara Altay tatarları da deyirdilər. Cənubi Altayın Kumandin, Çelkan, Tubalar, Hakas adlı tayfaları isə Qıpçaq türklərinin Hakas qrupuna aiddir.

Türk dünyasının sərhədləri böyüyür...

Muraq Şahməmmədov

O.M.