Barak Obamanın maşını satılır

Barak Obamanın maşını satılır

2 Fevral 2012 02:17
Bəyəndim (0) Bəyənmədim (0)
"Chrysler 300C" markalı avtomobilin ilkin qiyməti 1 milyon dollardan aşağı olmayacaq

ABŞ prezidenti Barak Obamanın məşhur "Chrysler 300C" markalı avtomobili satışa qoyulub. Bahalı lot dünyada məşhur olan "eBay" internet auksionunda satışa çıxarılacaq. İlkin qiymət 1 milyon dollardan aşağı olmayacaq. Mütəxəssislərin fikrincə, həmin maşın avtosalonlarda 170 min dollara alıcı tapa bilərdi. Lakin ilk sahibinin kimliyi və avtomobilin tarixi onu daha da dəyərli və qiymətli edir.

Satışa çıxarılan "Chrysler 300C" 30 min km yol qət edib. Təmir olunmayıb və heç bir hissəsi dəyişilməyib. 2004-cü ildə maşını alan Barak Obama onu 2007-ci ildə bazar qiymətinə sadə bir vətəndaşa satıb. O da sonradan həmin maşını 271 min dollara bir başqasına verib. Daha sonra maşın başqa birinə satılıb. Sonuncu alıcı avtomobilinin ilk sahibinin kim olduğunu öyrənən kimi onu baha qiymətə satışa çıxarmaq qərarına gəlib.
Bizdə isə maşın satılsın deyə, deyirlər ki, müəllim maşını olub...

Aqil Hüseynov

O.M.