İsveçdə Vampirlə Adamyeyən evlənməyə hazırlaşır

İsveçdə Vampirlə Adamyeyən evlənməyə hazırlaşır

2 Fevral 2012 01:41
Bəyəndim (0) Bəyənmədim (0)
Bəy əvvəlki sevgilisinin başını kəsərək ətini yemiş, gəlin isə köhnə sevgilisinin boğazını üzərək qanını içmişdi

İsveçin ruhi dispanserində müalicə alan 2 təhlükəli qatil evlənməyə hazırlaşır. Adamyeyən İsakin Consson və vampir Mişel Qustafsson cütlüyü dünyanın ən təhlükəli cütlüyü sayılır. 33 yaşlı bəy namizədi əvvəlki sevgilisinin başını kəsərək ətini yemişdi. 23 yaşlı zərif cinsin nümayəndəsi isə köhnə sevgilisinin boğazını üzərək qanını içmişdi.

Mütəxəssislərin fikrincə, ümumi maraqlardan irəli gələrək İsakin sevgilisinə "Şeytan" məhəbbəti bəsləyirdi. "Mən Mişeli sevirəm, hələ onun kimisini görməmişdim. Onunla ailə qurub qansız-qadasız yaşamaq istəyirəm", deyən aşıq sevgilisində "hə" cavabı aldıqda çox sevindiyini etiraf edib. Maraqlıdır, görsən, İsveç qanunları "məsum" sevgililərin evlənməsinə razı olacaqmı?
İstənilən halda, sevgililəri ayırmaq qansızlıqdır...
Svetlana Myaçina

O.M.