Cırtdan adam internetin ulduzu oldu

Cırtdan adam internetin ulduzu oldu

21 Aprel 2011 10:50
1 040
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-lı Kənan Cahil internetin yeni fenomeni oldu. Çikaqolu gənc 16 yaşında olmasına baxmayaraq, boyu sadəcə 1.26 metrdir. Belə ki, Kənan ömrü qısaldan genetik bir xəstəlikdən əziyyət çəkir.

Qəhrəmanımızın həyatı 13 yaşında sahib olduğu kompüter kamerası ilə dəyişdi. O zamandan bu yana ünlü müğənnilərin mahnılarını playbak kimi ifa edən və internetə yükləyən gənc bununla şöhrətin qapılarını üzünə açmış oldu. Necə ki, görüntüləri internetdə 37 milyon dəfə izlənib. İndi isə Keti və 50 Sent kimi ünlülər onunla birlikdə səhnədə çıxış etmək üçün Kənan Cahilin qapısının zəngini basır.

Cırtdan nağılların sevimli qəhrəmanı olduğu kimi cırtdan adam da internet dünyasının qəhrəmanına çevrildi...

Günel Həbib

O.M.