"Vladimir Putin bu il müflis olacaq"

"Vladimir Putin bu il müflis olacaq"

23 Yanvar 2012 21:04
Bəyəndim (0) Bəyənmədim (0)
Tayvanlı öncəgörücü yeni ilə proqnoz verdi

Əjdaha ili Vladimir Putin üçün uğursuz olacaq. Aktyor Al Paçino isə bu ildən xeyir görəcək. Reuters-in məlumatına görə, çinlilər ay təqvimi ilə yeni ili qarşılamağa hazırlaşırlar. Tayvanlı məşhur öncəgörücü Çan Veyçunun fikrincə, Əjdaha ilində dünyaya gələn tanınmış insanlar üçün 2012-ci il müxtəlif cür keçəcək. Məsələn, Rusiya prezidentliyinə real namizəd olan V.Putin bu il maliyyə sıxıntısı ilə qarşılaşacaq: "Putin 1952-ci ildə doğulub... Bu il onun pul ulduzu çox zəif görünür. Deməli, o, maliyyə cəhətdən çoxlu itki verəcək, yəni müflis olacaq." Çan Veyçun qədim Çin astrologiyasına əsaslanan proqnozunda əmin olduğunu bildirib: "1940-cı ildə doğulmuş aktyor Al Paçino yaxşı əməlləri müqabilində bu il külli miqdarda pul qazanacaq. 1964-cü il doğumlu aktrisa Sandra Ballok isə təsir altına düşməməyə çalışsın, yoxsa onun üçün 2012-ci il ürəkaçan olmayacaq."

Əjdaha ilində dünyanın "əjdahaları" müzakirə olundu...

Aqil Hüseynov

O.M.