 
    
    Sabah hava bizə nə vəd edr?
Bakıda və Abşeron yarımadasında sabah 18-də buludlu hava şəraitinin 
üstünlük təşkil edəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin 
axşam yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə yanvarın 18-də hava şəraitinin arabir 
yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda
 qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın 
temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 
dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti 
təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
O.M.
 
                             
                             
                            

.jpg)









 
     
    


















































































