Yeni ildən Madridlilər lüt gəzməyə başlayıblar

Yeni ildən Madridlilər lüt gəzməyə başlayıblar

2 Yanvar 2012 20:19
Bəyəndim (0) Bəyənmədim (0)
Mağazaya çılpaq gələn altdan üstə qədər geyindirilir

Yeni il yeni hadisələr və qəribəliklərlə doludur. Dünya iqtisadiyyatı böhrandan çıxmasa da insanlar yumor hissini itirməyiblər. Belə ki, İspaniyanın paltar satışı üzrə ən böyük satış zənciri qəribə bir reklam və endirim kampaniyasına start verib.

Həmin şəbəkənin istənilən mağazasına lüt gələn alıcıya dəbdə olan ayaqqabı və üst geyimi verilir. Əgər alıcı daha da cəsarətlidirsə və mağazaya anadangəlmə lüt gələrsə, ona alt paltarı da veriləcək. Qışın oğlan çağı olmasına baxmayaraq, kampaniya nəticəsində Madrid küçəsində yüzlərlə adamın lüt gəzdiyini müşahidə etmək olar.

Məncə, bizdə belə kampaniyalar olsa, soyunan olmaz. Ona görə yox ki, utanırlar, ona görə ki, qışdır...

Mayıl İsmayılov

O.M.