Balinanın mədəsindən çıxanlar şok yaratdı

Balinanın mədəsindən çıxanlar şok yaratdı

4 İyun 2018 17:24
Bəyəndim (0) Bəyənmədim (0)

Tailandda sahilə çıxan balinanın mədəsindən təxminən 40 kiloqram ağırlığında torba çıxıb. Balinanın plastik torbalar yedikdən sonra öldüyü məlum olub. Torbaların hər birinin təxminən yarım kilo olduğu bildirilib.

Balina öldükdən sonra həyata keçirilən ekspertizaların nəticəsini açıqlayan mütəxəssislər heyvanın mədəsində 80 ədəd plastik torba olduğunu müəyyən ediblər.

Mütəxəssislər torbaların balinanın yemək yeməsinə əngəl törətdiyini və buna görə öldüyünü açıqlayıblar. Moderator.az