Dünya onlardan danışır

Dünya onlardan danışır

19 Aprel 2011 18:49
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə sakinləri Treysi və Davud Beqan cütlüyü 17 milyonda bir ehtimalı reallaşdıra bildilər. Onların ailəsinə ikinci dəfə əkizlər daxil oldu.

Tək yumurta əkizləri Diyeqo və Armanini 3 il öncə 27 fevralda dünyaya gətirən ana bu sevinci 2011-in 27 fevralında da yaşadı. Onun bu dəfə Elisia və Dolsi adından əkiz qızları oldu. İki dəfə tək yumurta əkizi dünyaya gətirən Treysi bununla 17 milyonda bir ehtimalı gerçəkləşdirirkən, hər iki doğum gününün 27 fevrala düşməsi ilə də 27 milyonda bir ehtimala imza atmış oldu. Təbii ki, bu orijinal təsadüflər də mükafatlandırıldı. Ailənin adı "Ginnesin Rekordlar Kitabı"na düşdü.

Hazırda ailə önümüzdəki fevral ayında böyük bir ad günü partisinə hazırlaşır. Mağazaların birində menecer işləyən ata, "Qardaşları bacılarını çox sevirlər. Onlar ağlayan kimi tez bizə xəbər verirlər. Bizim xoşbəxtliyimiz 4 qat artıb", - deyə müsahibəsində bildirib.

Dünyadakı əkizlərin dörddə-biri tək yumurta əkizi olaraq dünyaya gəlir. Dörddə-üçü isə cüt yumurta əkizi kimi doğulur. Həqiqi əkizlər olaraq adlandırılan tək yumurta əkizləri bir-birinə olduqca bənzəyir və əksər hallarda eyni hərəkətləri ilə seçilirlər.

Maraqlıdır ki, bu ailənin əkizləri də əkizdir. Yəni dalbadal iki dəfə əkiz uşaqları dünyaya gəlib.

Günel Həbib

O.M.