Qazanc əldə etmək istəyirsiniz?

Qazanc əldə etmək istəyirsiniz?

19 Aprel 2011 12:15
1 005
Bəyəndim (0) Bəyənmədim (0)
Bürcünüzün izi ilə addımlayın

Ağlı başında olan hər insan gözəl məslək sahibi olmaq, yaxşı qazanc əldə etmək istəyər. İstənilmədən, zorla, sevilmədən görülən heç bir işdən nə maddi, nə də mənəvi bir qazanc gözləmək olmaz...

Bürcləriniz də sizin şəxsiyyətinizə, qabiliyyətinizə uyğun olan peşələrə işarət edir. Sevərək, müvəffəqiyyətlə öhdəsindən gələ biləcəyiniz sənətləri ayırdım. Və təbii ki, bu işdə bürclər də mənə yardımçı oldular.

1. Liderliyi sevən QOÇ bürcü rəhbərliyi öz əllərində olan iş yerlərində "əla" qiymət alırlar. Cəsur ruhlu rəftarları ilə cəsarət tələb edən hər cür işin öhdəsindən gələ bilirlər. Buna görə də hərbidə və ya ticarət kimi sahələrdə uğur qazanırlar.

2. BUĞA bürcünün insanları yaradıcılıq gücü çox qüvvətli olan insanlardır. Diqqət etsəniz, incəsənətdə bu bürcün nümayəndələrinin çox olduğunu görə bilərsiniz. Zərgərlik, dizayn, dekorasiya, heykəltəraşlıq kimi peşələr məhz onlar üçündür.

3. ƏKİZLƏR hərəkətliliyi sevmirlər. Praktik zəkasını işə sala biləcək məsləklər Əkizlərin qazanc yeri hesab olunur. Jurnalist, arxeoloq, spiker, yazıçı, reklamçı, müəllim...

4. XƏRÇƏNGlərin mərhəmət duyğuları çox inkişaf etmişdir. Buna görə də həkimlik, müəllimlik, tibb bacısı kimi vəzifələrdə heç şikayət etmədən işləyərlər.

5. ŞİRlər üçün rəhbərlik yalnız öz əllərində olmalıdır. Hökm etməyi sevdikləri üçün Şirləri sıx bir komandaya rəhbərlik edərkən tez-tez görə bilərsiniz. Bu avtoritar sərt görünüşlərinin altında onların zərif telləri də vardır. Moda, dizayn, foto sahələrində müvəffəqiyyətli bir şəkildə peşələrini icra edərlər.

6. QIZ bürcü altında doğulanlar riyaziyyat tələb edən - müəllim, mühasib, maliyyə mütəxəssisi, bank işçisi kimi işlərdə super uğurları ilə diqqəti çəkməyi bacarandırlar.

7. Ədalətli və balanslaşdırmada əvəzsiz olan TƏRƏZİLƏRin iş yeri hüquq sahəsidir. Vəkil, hakim, prokuror, diplomat, siyasətçi olaraq qarşımıza çıxarlar.

8. ƏQRƏB bürcünün insanları gizlilik ehtiva edən peşələrin vurğunudurlar. Buna görə də bacarıqlı polis və detektivlərin çoxu Əqrəbdir.

9. OXATANlar daha çox elmə əhəmiyyət verirlər. Öyrənməyi və öyrətməyi sevirlər. Ən uğurlu məsləkləri müəllimlik və jurnalistikadır.

10. OĞLAQ bürcünün qadın və kişiləri yenilikləri sevəndirlər. Ona görə də texnologiya sahəsində iş qrafiki qurmağı xoşlayarlar. Kompüter mühəndisliyi ən uğurlu peşə sayılır onlar üçün.

11. Araşdırma ruhuna sahib olan DOLÇA hər zaman yeniliklərin izi ilə addımlayar. Heç təsadüfi deyil ki, elm adamlarının əksəriyyəti Dolçalardır. Onların ədəbi tərəfdən də yüksək performansına şahid olmaq mümkündür.

12. Xəyal gücü yüksək olan BALIQLARın işi dizayndır. Xəyal edər və hazırlayar... Saç dizaynını, ev dekorasiyasını, arxitekturanı onların ixtiyarına buraxmaq olar. Həm ortaya əla iş çıxar, həm də onlar qazanarlar.

Bu qədər... Zənnimcə, bundan sonra iş axtarışına çıxsanız və əməyinizin bəhrəsini görmək istəsəniz, mənim bu qeydlərimi unutmayacaqsınız. Heç məsləhət də deyil...

Günel Həbib

O.M.