Benetton şirkəti Roma papasını axundla öpüşdürdü

Benetton şirkəti Roma papasını axundla öpüşdürdü

23 Noyabr 2011 23:01
Bəyəndim (0) Bəyənmədim (0)
Fransa prezidenti Almaniya kansleri ilə, İsrail baş naziri Fələstin lideri ilə, ABŞ prezidenti Venesuela və Şimali Koreya liderləri ilə “öpüşürdülər”.

İtaliyanın Benetton şirkətinin hazırladığı reklam lövhəcikləri Vatikan rəhbərliyinin qəzəbinə səbəb oldu. Belə ki, reklamda Roma papası XVI Benedikt Misir axundu ilə öpüşürdü. Bild saytının məlumatına görə, Vatikan Benetton şirkətini məhkəmə ilə hədələdiyi üçün reklamlar yayımdan çıxarıldı. Şirkətin mövcud reklam kampaniyası Unhate (tərcüməsi: nifrətə yox) adlanırdı ki, məqsədi düşmənlər arasında nifaqı aradan götürmək idi. Şəkillər foto-montaj olsa da, hədsiz dərəcədə səmimi pozaları əks etdirirdi.

Xatırladaq ki, reklam kampaniyası çərçivəsində, Fransa prezidenti Almaniya kansleri ilə, İsrail baş naziri Fələstin lideri ilə, ABŞ prezidenti Venesuela və Çin liderləri ilə "öpüşürdülər".

Öpüş fiziki "sevişməni" əks etdirir...

Sərvər Aslanov

O.M.