Gördüyünüz foto şəkil 4.3 milyon dollara satıldı

Gördüyünüz foto şəkil 4.3 milyon dollara satıldı

12 Noyabr 2011 16:31
Bəyəndim (0) Bəyənmədim (0)
Əvvəlki rekord 3.8 milyon dollar idi

Tanınmış alman fotoqrafı Andreas Qurskinin çəkdiyi Reyn çayının foto-şəkli auksionda rekord qiymətə - 4,3 milyon ABŞ dollarına sarıldı. İtar Tass agentliyinin məlumatına görə, hadisə Christie's auksionunda baş verdi. Şəkli alan insan adının məxfi saxlanılmasını istədiyindən onun kimliyi barədə məlumat verilmir. "Rhein II" adlı panorama şəkil müəllifin 6 işindən biridir. Onlardan dördü dünyanın ən tanınmış muzeylərini bəzəyir.

Qurski panorama janrında çəkən fotoqrafdır. O, yüksək dəqiqlik alınsın deyə, şəkilləri kompüterdə xırda detallarınadək təmizləyir. Ümumiyyətlə isə, şəkilləri yüksək nöqtələrdən çəkməyi xoşlayır.

Dni.ru qəzetinin məlumatına görə, buna qədər ən bahalı foto şəkil may ayında 3.8 milyon dollara satılmışdı. Şəklin müəllifi almaniyalı Sindi Şerman idi.

Biz isə toylarda 2 manata satılan şəklin bahalığından gileylənirik...

Fuad Borçalı

O.M.