Çin Konq - 2

Çin Konq - 2

4 Aprel 2011 01:50
Bəyəndim (0) Bəyənmədim (0)
62 kiloqramlıqi uşaq bir ailənin maaşını yeyir

Dünyanın ən kök uşağı olaraq tanınan çinli Lu Hao doymaq bilmir. Tam 60 kiloqram ağırlığında olan kiçik uşağın iştahası gün-gündən artmaqdadır. Məhz elə buna görə də o, 1 həftədə 2 kiloqram kökəlir. Oxuduğu bağçada verilən yeməklərin miqdarından narazı qalan və ardından da ağlamağa başlayan Haonun tək istəyi doyana qədər yeməkdir. Müəllimləri, "Lu Hao yaxşı uşaqdır. Ancaq yemək zamanı yaxınlaşmağa başlayanda yaman tündxasiyyətləşir. Yoldaşlarının yeməyini də yeməyə çalışır", - deyə bildirirlər. Hələ 3 yaşında olmasına baxmayaraq, 1.1 metr boyunda və 62 kq ağırlığında olan Hao bir oturuma 3 qab düyü plovu və 2 qab ət yeməyini istehlak edir. Ailəsində ondan başqa bu cür xəstəlikdən əziyyət çəkənin olmadığını söyləyən ana, "Həkimlər bir çarə tapa bilmirlər. Yoldaşımın bütün maaşı Lu Haonun yeməyinə gedir. Maddi olaraq çox çətin vəziyyətdəyik" , - deyə danışıb. Tibb işçiləri isə kiçik-nəhəng uşağın bu probleminin düzgün bəslənmədiyi üçün ortaya çıxdığını söyləyirlər.

O.M.