O da Hyundai Accent qazandı

O da Hyundai Accent qazandı

29 Dekabr 2017 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın ən böyük mağaza şəbəkələrindən biri olan "Baku Electronics"in təşkil etdiyi "Real şans, real hədiyyə" kampaniyasında daha bir şanslı alıcı alış-veriş edərkən Hyundai Accent qazanıb.

Mediainfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yeni il öncəsi köhnə telefonunu dəyişməyə qərar verən Saib Məmmədov "Baku Electronics" mağazasına üz tutub.

Aldığı telefonun üstündə verilən lotereya biletində isə bəxtinə avtomobil düşüb. Gənc ailə üçün bundan böyük yeni il hədiyyəsi ola bilməzdi.

Hyundai Accent avtomobili alıcıya Manpası radio verilişinin aparıcıları Rəvan Bağırov və DJ Fateh tərəfindən təqdim olunub.

Təhlükəsizlik kamerasına hədiyyənin udulma anı belə düşüb:

Qeyd edək ki, Saib Məmmədov "Real şans, real hədiyyə" kampaniyasında avtomobil qazanmış ilk alıcı deyil. Kampaniyada 8 ədəd Hyundai Accent oynanılır və bu udulmuş 4-cü avtomobildir. Daha 4 avtomobil isə hələ öz bəxtəvər alıcısını gözləyir.

Maşınla yanaşı, bu kampaniyada 50 mindən çox digər hədiyyələr, o cümlədən onlarla iPhone-8, soyuducu, paltaryuyan, televizoru dmaq şansı var. Kampaniyada iştirak etmək üçün sadəcə 200 manat üzərində istənilən əşyanı həm nağd, həm də hissə-hissə ödəməklə almaq kifayətdir. Uduşlu lotereya 16 yanvar tarixindədək davam edəcək.