Rusiyanı müharibədə uduzduran balerinanın son oyunu — Bir xəzinənin sirri

Rusiyanı müharibədə uduzduran balerinanın son oyunu — Bir xəzinənin sirri

26 Dekabr 2017 14:12
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya tarixində bu günə qədər də axtarılan qiymətli xəzinələr var.

Bunlar arasında İvan Qroznının kitabxanası, Kəhrəba otağın adını çəkmək olar. Bununla yanaşı çox dəyərli xəzinələrdən biri də məşhur balerina Matildanın xəzinəsidir. Söhbət Matilda Kşesinskayanın çox qiymətli daş-qaşından gedir. Bu sərvət bu günə qədər də tapılmayıb. Mediainfo.az "Ölkə.az"-a istinadən Matilda Kşesinskayanın axtarılan sərvəti haqqında məlumat verir.

Mütəxəssislərin qiymətləndirməsinə görə Kşesinskayanın mirası 200 milyon dollar dəyərindədir. 1917-ci ildə balerina Rusiyanı tərk edir. O, ölkədən qaçdığı üçün (Fevral burjua inqilabına görə) tələsik yola düşür və özü ilə ən sevimli daş-qaşları olan kiçik çemodan aparır. Amma Matildanın özü ilə götürdüyü qiymətli əşyalar gizlətdiyi xəzinənin yanında heç nə idi.

Balerina yeni vətənində çox ciddi həyat tərzi sürür, şəxsi dərs verərək pul qazanırdı. Bu günə qədər də Matilda Kşesinskayaya məxsus heç bir qiymətli ləl-cəvahirat nə kolleksionerlərdə, nə də dünya auksionlarında peyda olmayıb. Bu isə düşünməyə imkan verir ki, xəzinə hələ tapılmayıb.
Hazırda Peterburqda bir ay ərzində bir neçə dəfə növbəti dəfinənin tapılması barədə məlumatlar peyda olur. Bu yaxınlarda II Yekaterinanın hakimiyyəti dövrünə aid pul sikkələri tapılıb. Sikkələr zümrüdlə bəzədilmiş bahalı portsiqarın içində tapılıb.

İnqilab illərində bir çox varlılar sonradan geri qayıtmaq ümidi ilə ölkəni tərk edirdilər. Bu səbəbdən qiymətli əşyalarını elə gizlədirdilər ki, vətənə qayıdanda onu gizlətdikləri yerdən asanlıqla tapıb çıxara bilsinlər.

Matilda Kşesinskaya böyük sərvət sahibi idi. Rusiya dövlətinin birinci şəxslərinə kifayət qədər yaxın olsa da, onun sərvətinin əsl mənbəyi barədə əfsanələr dolaşır. Tarixçilərin fikrinə görə, Rusiya məhz bu zərif qadına görə Birinci Dünya Müharibəsində məğlub olub.

Deyilənlərə görə Matilda Kşesinskaya Rusiya hökumətində Fransa silah şirkətlərinin maraqlarını lobbiləşdirirdi və təbii ki, buna görə də böyük faiz alırdı. Fransız silah tədarükçüləri və Fransa hökuməti Rusiyanı ağır artilleriya ilə təchiz etmədilər və bu da Rusiyanın məğlubiyyəti ilə nəticələndi. Çünki müharibədə qarşı tərəf-Almaniya silahla yaxşı təmin edilmişdi və müharibəyə daha hazır idi.

Bundan başqa ehtimal edilir ki, müharibə ərəfəsində keyfiyyətsiz hərbi texnikanın alınmasında da Kşesinskaya günahkardır. Görəsən məşhur da olsa, bir balerina bu işin öhdəsindən necə gəlib?

Bütün dövrlərdə balet çox bahalı və məsrəfli sənət növü sayılıb. İnqilabdan əvvəlki Rusiyada iki balet qrupu var idi: Moskvadakı Böyük Teatr və Peterburqdakı Marinsk teatı. Balet artistləri təkcə ən yaraşıqlı qadınlar yox, eyni zamanda yaxşı təhsilli qadınlar da sayılırdılar.

Gənc, istedadlı və ağıllı balerina qısa müddətə imperator ailəsinin diqqətini cəlb edir. Tamaşaların birində Matilda Rusiya imperiyasının vəliəhdi Nikolaya təqdim edilir.

Vəliəhdin qohumları düşünürdülər ki, bu tanışlıq Nikolaya pis təsir edəcək və çar oğlu doğmalarının onu evləndirmək istəyinə sakit yanaşır. Nikolayın balerina ilə münasibəti iki il davam edir. Vəliəhdin toyu ərəfəsində cütlük ayrılır. Ayrılıqdan bir müddət sonra Matildanın oğlu dünyaya gəlir. Amma balerina imperator ailəsinin diqqətindən kənarda qalmadı. Nikolayın əmisi oğlu Sergey Mixayloviç Kseşinskayanı himayəyə götürür. O, rəsmi olaraq uşağa familiyasını verir.

Balerina var-dövlətini Peterburq bomondundan gizlətmir. Matilda imperator sarayının məşhur zərgəri Karl Faberjenin ən sevimli müştərisi idi. Balerinanın daş-qaşına bütün paytaxt qadınları həsəd aparırdılar. Vəliəhd Matildaya sapfirdən hazırlanmış dəbdəbəli boyunbağı hədiyyə edir. Serfey Mixayloviç isə bahalı ağac materialdan hazırlanmış, üstü sarı brilliant daşlarla bəzədilmiş qutu verir.

Faberje bu brilliant qaşlardan Kşesinskaya üçün sancaq hazırladı. Balerina bu sancağı çox bəyənirdi və daim üzərində gəzdirirdi. Balerina hətta səhnəyə çıxanda da daş-qaşlarını taxır, onun qastrol səfərlərində isə Faberje zərgərlik evinin xüsusi agenti lazımi zinət əşyalarının daşınmasına görə cavabdehlik daşıyırdı. Onun istedadına məftun olanlar isə balerinaya ev, mülk və hətta saray da bağışlayırdılar.

Təbii ki, Kşesinskaya sərvətini necə qorumaq barədə düşünürdü. Dostları bildirir ki, balerina tez-tez pərəstişkarlarının göndərdiyi əntiq əşyaları bağlamaya bükürdü.

Balerinanın gündəliyinə əsasən onun ən sevimli zinət əşyası brilliant və sapfirlərlə bəzədilmiş əşyalar yox, Nikolay Qumilyovdan böyük məbləğə aldığı qədim, qızıldan hazırlanmış daraq idi. Alim bu darağı arxeoloji ekspedisiyasından gətirmişdi. Qumilyov bu əşyanı Ağ dənizdəki adadan, sərdabədən tapmışdı. Sərdabədə 2.5 metrlik qadın skeleti var idi. Onun üzərində cəmi bir zinət əşyası-qızıl daraq var idi. Bu daraq çox gözəl və nəfis işlənmişdi. Darağın üzərində üzən delfinlərə baxan qız təsvir olunmuşdu. Tədqiqatçılardan heç biri qızıl əşyanın hansı sivilizasiyaya məxsul olduğunu bilmirdi.
Matilda Kseşinskaya əmin edir ki, bu darağı əldə etdikdən sonra onun həyatında mistik dəyişikliklər baş verdi. Əgər daraq üzərində idisə, planları yerinə yetirdi. Darağın hazırlandığı qızılın analizi fərqli nəticələr verdi. Həm daraq böyük dərəcədə plastik idi, həm də qızılın əyarı 1000 idi! Bilindiyi kimi planetimizdə bu əyarda qızıl yoxdur.

Bir ehtimala görə qızıl bu il, yəni 2017-ci ildə, itirildikdən 100 il sonra üzə çıxmalıdır.

Paytaxtda evdən başqa Kseşinskayanın böyük parkı olan bağ evi də var idi. Hazırda bu bağ prezident administrasiyasına məxsusdur. Bu səbəbdən balerinanın bağ evində və ya bağçasında dəfinə axtarmaq versiyası istisnadır. Ehtimal edilir ki, balerinanın sərvəti 20 böyük qutuya yığılıb. Belə bir sərvəti gizlətmək üçün isə kifayət qədər böyük ölçüdə anbar lazımdır.

Bir versiyaya əsasən, Kseşinskaya çevriliş xəbərini imperatordan iki gün əvvəl bilirdi. Balerina ən qiymətli daş-qaşlarının yığıldığı çemodan ilə Faberjenin yanına gedir və zərgərdən bu zinət əşyalarını gizlətməyi xahiş edir. Balerina qalan digər əşyalarını da gizlətməyə vaxt tapır.
Bununla belə, bolşeviklər Matildanın bəzi zinət əşyalarını tapıb üzə çıxara bildilər: bahalı daşlardan hazırlanmış və dağ xrustalından düzəldilmiş vazada olan çiçək, brilliant və yaqutla bəzədilmiş qızıl şam ağacı. Bu işdə bolşeviklərə balerinanın xidmətçisi kömək edir. Xidmətçi inqilabçılara sahibəsinin kiçik anbarının yerini göstərir. Kseşinskayanın mülkü Leninə qismət olur. Balerina məhkəmə vasitəsilə evi özünə qaytarmaq istəyir. Kseşinskaya məhkəməni udsa da, evi ona heç kəs qaytarmır. Çox güman ki, balerina evi uğrunda boş yerə mübarizə aparmırdı. Bəlkə də zinət əşyaları bu evdə gizlədilmişdi. Bəlkə də bu evlə bağlı hansısa sirr var idi və bu sirr bu gün də açılmamış qalır. Kseşinskaya Leninin silahdaşı olan qadın Kolontayın çiynində öz xəz paltosunu görəndə artıq Rusiyanı təcili surətdə tərk etmək lazım olduğunu başa düşür. Bu xəzi ona imperator ailəsinin üzvü hədiyyə etmişdi.

Balerina əlində qalan yeganə zinət əşyası-qızıl düymələri (Faberje tərəfindən hazırlanmışdı) oğlu ilə birlikdə Rusiyadan qaçmaq üçün gəmi kapitanına verir.

Onun qardaşı İosif Kseşinskayanın daş-qaşını sərhəddən kənara çıxarmağa cəhd edir. Amma ingilis səfir onun bu xahişini yerə salır. Serygey Mixayloviç də balerinaya bu işdə kömək etmək istəsə də, bu ona həyatı bahasına başa gəlir. Sergeyin Rusiyanı vaxtında tərk etmək imkanı olsa da, sevgilisinin maliyyə və əmlak məsələlərini qaydaya salmaq üçün qalır.

Kseşinskaya Sergey Mixayloviçin güllələnməsi və imperatorun ölüm xəbərindən möhkəm sarsılır. Bəzi məlumatlara əsasən İkinci Nikolayı xilas etmək üçün Kseşinskaya ona ərə gedib. İmperatorun digər nikahı isə kilsədə ləğv edilib. Bu hərəkətin hansı nəticələrə səbəb olduğunu söyləmək çətindir. Amma II Nikolay və Matildanın dini nikah mərasimi Çar Kəndində kəsilib. Çox güman ki, bu səbəbdən Sovet dövründə Kseşinskayanın adını da xatırlamaq ciddi qadağaya məruz qalmışdı.

Aradan uzun illər ötsə də, Matilda Kseşinskayanın kolleksiyasından heç bir əşya tapılmayıb. Bu səbəbdən əminliklə söyləmək olar ki, balerinanın xəzinəsi hələ də tapılmayıb.

Sergey Mixayloviçin yazdığı və ölümündən sonra Kseşinskayaya çatan məktubda qeyd edili ki, işlər qaydasına salınıb. Bu isə xəzinənin gizlədildiyi mənasına gəlir. Nəzərə alsaq ki, Sergey Mixayloviç istedadlı mühəndis idi və bir çox hərbi qala inşa etmişdi, ortaya çıxan mənzərəyə əsasən dəfinə kifayət qədər ciddi gizlədilib.

Kseşinskaya heç vaxt dəfinəni axtarmağa cəhd etmədi. Balerina kifayət qədər ciddi həyat tərzi sürüb və şəxsi balet məktəbini qurub. Onun gəliri az olsa da, bir çox vaxt axşamlar kazinoya gedir, ancaq 17 rəqəminə oynayırdı. Bununla da Kseşinskaya ətrafındakılara eyham vururdu ki, vaxt gələcək və o, Rusiyaya qayıdacaq, yenidən dəbdəbəli həyat sürəcək.