Marsda həyat niyə yoxdur? - Səbəbi tapıldı

Marsda həyat niyə yoxdur? - Səbəbi tapıldı

21 Dekabr 2017 22:43
Bəyəndim (0) Bəyənmədim (0)

Oksford Universitetində aparılan tədqiqatda Marsın səthində su və həyatın olmamasının səbəbi tapılıb.

Planetin qaya quruluşu suyun səthdə qalmasına imkan vermir.

Marsdakı qayaların Yer kürəsindəkilərlə müqayisədə 25% daha çox suyu saxlama qabiliyyətinə malik olduğu, suyun bu qayalarla planetin mərkəzinə doğru endiyi aşkar olunub.

Tədqiqatın əsas simalarından biri Con Veyd qayaların suyu süngər kimi çəkdiyini bildirib:

"Marsda planetin bazalt qabığını yaradan yeni püskürən vulkanlar ilə su arasında gedən reaksiya süngər effekti yaradır. Su ilə qaya arasındakı bu reaksiya qayaların quruluşunu dəyişdirib və planetin səthinin quruyaraq həyat üçün uyğun olmamasına səbəb olub".

Veyd Marsın səthinə aid məlimatlardan Venera kimi haqqında az şey bilinən planetlərin quruluşunun öyrənilməsində də istifadə ediləcəyini söyləyib.Qafqazinfo